Öldürülən sərhəd pozucularının meyitləri - Lənkərana gətirildi
Sərhədin pozanlardan 2-si yerli sakin çıxdı
Gecə saat 4 radələrində 8-10 nəfərdən ibarət qrupun Azərbaycandan İran istiqamətində hərəkət etməsi aşkar edilib.
Bu gün Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınana zaman öldürülən sərhəd pozucularının meyitləri axşam saatlarında Lənkərana gətirilib.
Miq.az anspress-in məlumatına istinadən xəbər verir ki, hazırda Məhkəmə Tibbi Ekspertizası Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində meyitlərin ekspertizası aparılır.
Onu da xatırladaq ki, dünən Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınana zaman öldürülən 5 nəfərin kimliyi bilinib.
Öldürülənlərin 3-ü banqladeşli, 2-si isə Yardımlı rayonunun Ostayir kəndinin sakinləridir. Öldürülən Ostayir sakinləri Rəhimov Sadiq Teyyub oğlu və Qasımov Əkbər Əjdər oğlu olub.
Miq.az