Lənkəranskinin "kriminal mirası" üstündə çəkişmə başladı

Lənkəranskinin

İstanbulda öldürülmüş azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin nəzarət etdiyi bölgələr və ticarət obyektləri üstündə "oğrular" arasında çəkişmə başlanıb.

Ölkə.Az xəbər verir ki, Lənkəranskinin nəzarət etdiyi ən iri ticarət obyekti olan Moskvadakı meyvə-tərəvəz topdansatış bazası kriminal avtoritet Merab Suxumskinin nəzarətinə keçib.

Caniyevin Türkiyədəki obyektlərinə nəzarət üstündə isə "oğru", "kor" ləqəbli Hüseyn Əhmədov və Temuri Nemsiçveridze, Roin Uqlava və Dato Çuradze arasında konflikt yaranıb.

Kriminal dairələrdən sızan məlumata görə, Rövşənin "kriminal mirasını" dinc yolla bölüşdürmək mümkün olmayacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az