Lerikdə 50 yaşlı qadın özünü yandıraraq intihar edib

Lerikdə 50 yaşlı qadın özünü yandıraraq intihar edib

Lerik rayonunda 50 yaşlı qadın özünü yandıraraq intihar edib.

"Report"un verdiyi xəbərə görə, hadisə rayonun Vizəzəmin kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 1967-ci il təvəllüdlü Gülxarə Sabir qızı Mirməmmədova üzərinə məişətdə istifadə olunan ağ neft tökərək özünü yandırıb. Hadisədən ailə üzvləri xəbər tutsa da onlar G.Mirməmmədovanın həyatını xilas edə bilməyiblər. Yanmış meyitin üzərində ekspertiza aparılıb.

Onun yaxınlarının sözlərinə görə, G.Məmmədovanın səhhətində problemlər olub.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az