“Lider TV” Lavrovun Anarın sualına cavabında o hissəni çıxarmışdı – VİDEO

“Lider TV” Lavrovun Anarın sualına cavabında o hissəni çıxarmışdı – VİDEO

Sergey Lavrova Qarabağ barədə verdiyi suala görə işdən azad edilən jurnalist Anar Həsənovun reportajının "Lider TV”də hansı formada efirə getməsi ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Azərbaycan 24 xəbər verir ki, telekanalın həmin gün yayımlanan əsas xəbər proqramında Anar Həsənovun reportajı natamam şəkildə efirə verilib. Lavrovun böyük rezonans doğuran "Qarabağda əməliyyatlar keçirilməsi Azərbaycanın daxili işi deyil” sözləri montaj edilərək materialdan çıxarılıb.  Efirə yalnız Lavrovun cavabının ümumi sözlərdən ibarət ikinci hissəsi buraxılıb.

Həmin məqamın videoyazısını təqdim edirik.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az