Lukaşenko Moskvada parada getməməsindən danışdı:“Çağırsalar da getməzdim”

Lukaşenko Moskvada parada getməməsindən danışdı:“Çağırsalar da getməzdim”
"Əgər məni çağırsaydılar belə, 9 mayda Moskvadakı parada gedə bilməzdim. Çünki o zaman Minskdəki paradda iştirak etməzdim. Bu da Belarus sakinlərində çoxlu suallar yaradardı".
 
Cebhe.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko 9 mayda Moksvadakı parada dəvət almamasıyla bağlı suala cavabında deyib. Bildirib ki, 9 may-Qələbə günü onun ölkəsində əlamətdar bayramdır: "Belarus müqəddəs torpaqdır, burada tez-tez MDB liderləri də, digər ölkələrin başçıları da toplaşmalıdırlar".
Xatırladaq ki, Lukaşenkonun parada dəvət almadığı xəbəri yayıldıqdan sonra Kreml buna aydınlıq gətirib. Mətbuat katibi Dmitri Peskov bildirib ki, 2019-cu il qələbənin yubileyi deyil. Buna görə də kiməsə xüsusi dəvət göndərilməyib. Əsas bayram 2020-ci ilə planlaşdırılır. Gələn il faşizm üzərində qələbənin 75 ili qeyd olunacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az