Ülvi Quliyevin tikinti mafiyası: Oğlu nəzarət edir

Ülvi Quliyevin tikinti mafiyası: Oğlu nəzarət edir

Deputat Ülvi Quliyevə məxsus olduğu deyilən və qohumu İlkin Quliyev tərəfindən idarə olunan "Dönüş 1” MMC tikinti firması Bakıda pilot layihələr adı ilə narazılıq yaratmaqdadır.

Pravda.az xəbər verir ki, evlərin köçürülməsi könüllülük əsasında olmur və bir çox hallarda sakinlər sıxışdırılır. Hətta bu günlərdə yeni tikilən uşaq bağçasını qəzalı bina adə ilə sökdürüblər. Yeni tikili hara, qəzalı bina hara…

Deputatın şirkətindən narazı olanlar arasında Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 42, mənzil 19 və 16-da yaşayan sakinlər də var. Sakinlər deyirlər ki, PA-da işləyən Ramiz Muxtarov adlı sakinə evi üçün kvadratı 3000 manatdan kompensasiya hesablanıb, digərləri arasında ayrı-seçkilik edilib. Bundan əlavə, 12 mərtəbəli yeni bina inşası nəzərdə tutulsa da, 13 mərtəbə edilib. Bu işlərin icrası, camaatın siyahıya alınması ilə bağlı vaxtaşırı deputatın oğlu Orxan Quluzadə də əraziyə gəlib baxış keçirir. Amma qanunvericilik deputata biznes fəaliyyətini qadağan edir. Ü.Quliyevin isə həm dərman, həm restoran, həm tikinti biznesində adı keçməkdədir. Artıq 4-cü çağırış deputat olan Ü. Quliyev daha çox oliqarx kimi tanınır, nəinki millət vəkili… Seçicilərin də deputatın onlarla maraqlanmadığını tez-tez eşitmək olar. Bir müddət əvvəl deputat oğlunun xaricdəki biznesi ilə gündəmə gəlmişdi.

Tia.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az