Mahmudov və Hacıyevin çirkli pullarını yuyan Avropa bankı bağlandı

Mahmudov və Hacıyevin çirkli pullarını yuyan Avropa bankı bağlandı

Latviyanın böyük banklarından biri olan ABLV bankının səhmdarları bankın ləğvi haqqında qərar veriblər.

Miq.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı bankın mətbuat xidməti yayıb. Bank ləğv edilməyi ilə bağlı əlavə informasiya verməkdən imtina edib.

"Haqqin.az” saytı ABLV-nin Bakıda ofisinin olduğunu bildirib. Sayt bankın ofisinin İçəri şəhərdəki biznes mərkəzlərdən birində yerləşdiyini vurğulayıb. Saytın mənbəsi məhz bu bankın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və Beynəlxalq Bankın İdarə Heyətinin eks-sədri Cahangir Hacıyevin pullarını ofşorlara köçürdüyünü bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Maliyyə Nazirliyi ABLV bankına sanksiyalar tətbiq edəcəyini bəyan edib. Bank Şimali Koreyanın nüvə proqramına yardım üçün pulların yuyulması, eləcə də Azərbaycan, Rusiya və Ukraynadakı qeyri-leqal fəaliyyətlərdə ittiham olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az