Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxıb sonra geri qayıtması barədə iddialar yayılıb.
Sabiq nazirin "sağ əli” kimi tanınan general Mövlam Şıxəliyev də barəsindəki hərəkət məhdudiyyəti qətimkan tədbirindən danışıb.
Eldar Mahmudovun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması xüsusunda danışan Mövlam Şıxəliyev gununsesi.org-a açıqlama verib.
Yada salaq ki, Eldar Mahmudovla yanaşı ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərdən biri də MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev idi.
Sayt əməkdaşına hazırda ölkədə olduğunu deyən Mövlam Şıxəliyev bildirib ki, o, sərbəst hərəkət edir:"Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm”.
"Başqa sizi nə maraqlandırır”deyən Şıxəliyevdən növbəti dəfə ölkədən çıxışına məhdudiyyətin götürülüb-götürülməməsinə cavab istənilib. Cavabında isə general "Bu məsələ sizi maraqlandırmasın və sualınıza cavab vermək istəmirəm”deməklə kifayətlənib.
Sayt Mövlam Şıxəliyevi Eldar Mahmudovun "baş torbatikəni” kimi təqdim edir, MTN-dəki cinayətkar şəbəkənin əsas simalarından biri olduğunu, sabiq nazir kimi həbsdən yaxasını qurtara bildiyini diqqətə çatdırır. Baxmayaraq ki, "MTN işi” çərçivəsində aparılan istintaq və məhkəmədə Mövlam Şıxəliyevin həbs olunması üçün tutarlı sübutlar ortaya çıxmışdı.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
