"Mal-qaranın meşələrə girişinin qarşısı alınmalıdır" — Nazir müavini


Azərbaycanda meşələrin kənar müdaxilələr olduğu zaman çəpərlənəcək.

Miq.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, meşələrin çəpərlənməsi daimi proses olmayacaq:

"Meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra meşələrdəki çəpərlər sökülür. Başqa ərazilərdə çəpərlənmə işləri aparılır. Belə bir təcrübə Qırğızıstanda da var”.

Nazir müavini bildirib ki, bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır:

"Bu halların qarşısının alınması üçün meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar”.

Firdovsi Əliyev xaricdən ting gətirən iş adamlarına da müraciət edib:

"ETSN-nin kifayət qədər yerli şəraitə uyğunlaşdırılmış tingləri var. Buna görə də xaricdən tinglərin gətirilməsinə ehtiyac yoxdur”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az