
Təbii ki, Ermənistan bu qərarı birtərəfli qaydada verməyib, bunun üçün Türkiyə tərəfinin də razılığı var. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın "Marqara” sərhəd-buraxılış məntəqəsinin açılmasına görə türkiyəli həmkarlarına təşəkkür etməsi də bunu göstərir.
Azərbaycandan gizli sərhəd danışıqları
Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında sərhəd məsələsi bağlı qapılar arxasında çoxdan müzakirə olunurdu. Lakin çox qərbədir ki, bu barədə Azərbaycana hər hansı məlumat verilmirdi. Diqqət çəkən digər məqam odur ki, "Marqara” sərhəd-buraxılış mərhələsinin açılacağı barədə xəbərləri Ermənistan tərəfi elan edir, Türkiyə rəsmiləri bu məsələdə suallar yaradan susqunluq nümayiş etdirirlər.
O da məlumdur ki, Türkiyə ilə Ermənistan arasında sərhəd məsələsi ilə bağlı gizli müzakirələrin arxasında Türkiyədə Ermənistana qucaq açmaq istəyən dairələr, qlobal imperialist qüvvələr, Bayden-Blinken Administrasiyası, Avropa İttifaqı, erməni lobbisi dayanırdı. Təəccüblüdür ki, artıq Bayden Administrasiyası yoxdur, amma Türkiyədə bu planı icra etmək istəyən antimilli qüvvələr bu prosesi davam etdirir və müəyyən mənada istəklərinə nail olurlar.
Ərdoğan-Paşinyan görüşü, Ərdoğanın kitab hədiyyəsi, türkiyəli jurnalistlərin Ermənistana səfəri
Ərdoğan-Paşinyan görüşünün təşkilini, Ərdoğanın Paşinyana kitab hədiyyə etməsini, türkiyəli jurnalistlərin bu günlərdə Ermənistana səfərini, Türkiyə-Ermənistan sərhədinə baxış keçirmələrini də bu planın tərkib hissəsi kimi qiymətləndirmək olar.
Burdan belə nəticəyə gəlmək olar ki, bu qüvvələr Türkiyə rəhbərliyini bu cür yanlış addımları atmağa razı sala biliblər. Bu isə Azərbaycan xalqını məyus edir və haqlı hiddət doğurur.
Ermənistanın ərazi, qondarma "erməni soyqırımı” iddiaları, gerbdəki Ağrıdağ
Eyni zamanda Azərbaycan tərəfində, xalqında haqı suallar meydana çıxır: Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması, etnik təmizləmələr aparması, on minlərlə şəhid, yüzlərlə mina qurbanı, işğal zamanı şəhərlərin, kəndlərin dağıdılması, xarabalığa çevrilməsi, məscidlərin təhqir olunması və digər qeyri-insani əməllər, vəhşiliklər, cinayətlər nə tez yaddan çıxdı?
Ermənistan-Türkiyə yaxınlaşmasında diqqətə çəkən başqa məqamlar da var. Məlumdur ki, Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Bununla yanaşı, Ermənistanın dövlət gerbində Ağrıdağının şəkli var. Eyni zamanda, Ermənistan Türkiyəyə qarşı qondarma "erməni soyqırımı” iddiasından da rəsmi olaraq geri çəkilməyib. Belə olan halda, Ankaranın Ermənistanla münasibətləri tələm-tələsik qaydaya salıb, sərhədi açmaq həddinə qədər irəlilətməsini necə qiymətləndirmək olar?
Azərbaycanın Ermənistandan tələbləri, Türkiyənin maraqları, Zəngəzur dəhlizi
Diqqətdən qaçmamalıdır ki, bu gün Azərbaycan Ermənistan qarşısında qoyduğu tələblərlə həm də Türkiyənin maraqlarını qoruyur. Bakı İrəvandan Azərbaycana qarşı ərazi iddiasını Konstitusiyasından çıxarmağı tələb etməklə, həm də Türkiyəyə qarşı ərazi iddiasını aradan qaldırılmağı tələb edir. Ankara Ermənistan Konstitusiyasında qonşu dövlətlərə, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları, gerbində Ağrıdağın olmasını unutmamalıdır.

Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbinə Türkiyə tərəfindən daim dəstək ifadə olunur. Ankarada ən yüksək səviyyədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulanır. Hətta Türkiyə indiyədək Azərbaycanı əmin edirdi ki, Zəngəzur dəhlizi açılmadan Ermənistanla sərhəd açılmayacaq. Bu gün isə bu vədin də unudulduğunu görürük. Nə baş verdi ki, bu vədlər yaddan çıxdı?
Türk dünyasının birləşməsinə Türkiyə lazımı dəstək vermir
Ankaranın daha bir məyusedici addımı türk dünyasının inteqrasiyası, birləşdirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin türk dünyasının birləşdirilməsi istiqamətində addımlarına Türkiyədən sözdə dəstək olsa da, əməldə bu hiss olunmur, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, dünya siyasi arenasında nüfuzunu yüksəltməsi və öz layiqli yerini tutması üçün lazımı tədbirlər görülmür. Əksinə, Türkiyə son vaxtlar üzünü Ermənistana çevirir, İrəvanla əməkdaşlığın formullarını axtarır. Bunlar isə Azərbaycanla yanaşı, bütünü türk dünyasını da məyus edir.
Türkiyə Ermənistanla münasibətləri yaxınlaşdırmasının, sərhədləri açmasının Azərbaycan xalqında hansı reaksiya doğurmasını diqqətdən kənarda saxlaya bilməz. Türkiyəyə münasibətdə hər zaman "Bir millət, İki dövlət” prinsipini əsas tutan Azərbaycan son yaşananlardan təbii ki, çox məyus və narahatdır, Ankara bunu yaxşı bilməlidir. Ankara onu da yaxşı bilməlidir ki, Ermənistan heç vaxt etibarlı tərəfdaş, ölkə, qonşu olmayıb. Sonradan peşman olmamaq üçün seçimi indidən düzgün etmək lazımdır.
APA Analytics
Aqil Abbas: “Məmur hərbçi, polisdir ki, yay, qış formasına keçid etsin?”
"DOSTLAR MM KREDİT İTTİFAQI" MMC ilə bağlı auditor hesabatı
İcra başçısı girov düşdü – Belə azad edildi
Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!
Vəzifədən azad olunan məşhur həkimdən AÇIQLAMA
Deputat həbsdə olan AXCP sədrinin atasının yas mərasiminə buraxılmamasından danışdı: “Kənar müdaxilə yolverilməzdir”
"Belə uşaqlar dövlətin himayəsində böyüdülməlidir" - Fazil Mustafadan ÇAĞIRIŞ
Onlar hərbi xidmətə çağırıldıqda müavinət ala biləcək
ABŞ-İran qarşıdurması yeni mərhələyə keçir: Hörmüzdə savaş riski artır (ŞƏRH)
Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Veteran pulu ARTIRILIR? – AÇIQLAMA
Əli Kərimlinin vəkilləri DTX rəisinə müraciət edib
SON DƏQİQƏ! Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ