NASA-nın “Curiosity” aparatı Mars atmosferində metanın sıçrayışlarını ölçüb və Kamberlend qayasının qazılması zamanı çıxarılmış nümunələrdə üzvi molekullar aşkar edib. Bu barədə Trend NASA-nın saytına istinadən məlumat verir.
Bu, planetdə keçmişdə və indi həyatın mövcud olduğunu göstərir.
“Curiosity” aparatını idarə edən alimlər hələlik Marsda qazın mənbəyini göstərə bilmirlər; qaz həm bioloji, həm də qeyri-bioloji xarakterdə ola bilər. Lakin Yerdə metan qazının 95 faizi mikroorqanizmlərdən daxil olur. Metanın heyvan mənşəli olduğunu sübut etmək üçün əlavə araşdırmalar tələb olunur.
Qayanın qazılması zamanı tozaoxşar şəkildə aşkar edilmiş və karbon qazını özündə saxlayan molekullar Marsda mikroorqanizmlərin mövcudluğunu sübut etməyə bilər. Lakin onlar Marsda həyatın yaranması üçün əlverişli şərtlərin olduğunu göstərirlər.
“Curiosity” aparatı Marsdakı Qeyl kraterinin yanındadır. Bundan əvvəl aparatın apardığı araşdırmalar Marsın səthində bir vaxtlar böyük gölün mövcud olduğunu göstərdi. Bundan başqa, alimlər güman edirlər ki, Marsın atmosferi sıfır dərəcədən yuxarı temperaturu saxlaya bilər.
“Curiosity” Marsa 2012-ci il avqustun 6-da çatıb. Onun əsas vəzifəsi ətraflı geoloji və geokimyəvi tədqiqatlar aparılması, planetin atmosferi və iqliminin öyrənilməsi, suyun və ya onun izlərinin axtarışından ibarətdir. Aparat 75 santimetrə qədər hündürlüyə malik maneələri dəf edə bilir və yerdə tam dönməyi bacarır. Bu layihə NASA-ya 2,5 milyard dollara başa gəlib.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ