Mart ayında ictimai nəqliyyatda nəğd ödəniş ləğv edilir

Mart ayında ictimai nəqliyyatda nəğd ödəniş ləğv edilir

Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən Bakıda ictimai nəqliyyatda gediş haqqının nağdsız ödənişi sisteminə keçidin təmin olunması üçün bütün lazımi işləri görür.

Vətəninfo.az xəbər verir ki, bu barədə  jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Nazir müavini deyib: "Biz martın 1-nə kimi gediş haqqının nağdsız ödənişinə keçilməsi üzərində çalışırıq, lakin mən tam əminliklə deyə bilərəm ki, Bakıda birinci Avropa Oyunlarının keçirilməsinə qədər ictimai nəqliyyatda elektron ödəniş sistemi tətbiq olunacaq".

Onun sözlərinə görə, ictimai nəqliyyatda yeni ödəniş sistemi Bakı Metropolitenində gediş haqqının ödənişi sistemi ilə və gələcəkdə ictimai nəqliyyatın bütün növləri ilə birləşdiriləcək: "Nəqliyyat kartları ilə yanaşı, gediş haqqının bank kartları ilə ödənilməsi də mümkün olacaq ki, hazırda bununla bağlı iş aparırıq".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az