“Maşın” şounun iştirakçıları arasında gərginlik – VİDEO
"Maşın” realiti şousunda iştirakçılar arasında yaranan gərginlik davam edir.
Oxu.Az xəbər verir ki, müğənni Elton Hüseynəliyev və blogger Səbuhi Xanlarovun az səs toplayaraq proqramı tərk etməsindən sonra məşhurlar arasında əmələ gələn qruplaşmalar artıq özünü büruzə verməyə başlayıb.
Hazırda şouda mübarizəni aktrisa Pərvin Abıyeva, aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Cavad Rəcəbov, Üzeyir Medizadə, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan M.M., aparıcı Azər Zahid, prodüser Tarix Əliyev, jurnalist Vüqar Vüqarlı, rejissor-aktyor Sərxan Kərəmoğlu, aktrisa-rəqqasə Oksana Rəsulova davam etdirir.
Qeyd edək ki, veriliş hər gün saat 22:00-da ATV-də canlı yayımlanır.
Miq.az