Ölkəninin aparıcı sığorta şirkətlərindən biri olan MBASK sığorta şirkəti külli miqdarda vergidən yayınır?
Bu barədə PİA.AZ-a daxil olan məlumatda iddia olunur və bildirilir ki, ölkənin bütün rayonlarında öz sığorta agentliklərini yaradan şirkət öz mütəriləri ilə əsasən bankdan kənar nağd hesablaşma aparır. Mənbə bildirir ki, MBASK sığorta agentliklərinin nümayəndələri müşətəriləri ilə birbaşa müqavilə imzalayır və həmin müqavilərin böyük əksəriyyəti qeydiyyata alınmır: «MBASK adətən Vergilər Nazirliyinə yolladığı bəyannamələrdə 7-8 min nəfər müştərsinin olduğunu gösətərir və həmin rəqəmlərə uyğun şəkildə dövlətə vergi ödəyir. Əslində isə MBASK-ın müştəriləri göstərildiyindən on dəfələrlə çox olur. Müqayisə üçün deyək ki, MBASK ölkənin 80 rayonunda fəaliyyət gösətərir. Bütün rayonlarda hardasa orta hesabla 4-5 min müştərisi fəaliyyət gösətirir. Yəni ortalama hesablama aparasaq görərik ki, MBASK-ın müşətəriləri rəsmi göstəricilərdən on dəfələrlə çoxdur».
Mənbə bildirir ki, MBASK agentləri rayonlarda vətəndaşlarla bağladığı müqavilələr şirkət daxilində rəsmi qeydiyyata alınmır. Bu yolla şirkət rəhbərliyi hər il külli miqdarda vergidən yayınır. Ancaq məsələ bununla da bitmir. MBASK-ın agentləri rayonlarda hadisə baş verdikdə sığorta haqqlarını müştərilərinə nağd olaraq ödəyirlər və bu zaman heç bir sənədləşmə aparılmır. Bir çox hallarda isə müştərilərlə şirkət işçiləri arasında mübahisə yaranır. Belə ki, agentlər bir qayda üzrə dəymiş ziyanı aşağı qiymətlə dəyərləndirirlər və bu da müştəriləridə ciddi narazılıq yaradır. Əsasən kənd rayonlarından olan müştərilər isə məhkəməyə müracəit etmirlər. Çünki məhkəməyə inamları yoxdur və bu işə vaxt sərf etmək istəmirlər.
Buna baxmayaraq MBASK sığorta şirkəti dəfələrlə müşətirləri tərəfindən məhkəməyə verilib və həmin məlumatlar mətbuatda da dərc olunub. Məhkəməyə müraciət şəxslər əsasən dəymiş ziyanın az olmasından şikayətlənirlər. Mətbuata ötürülən məlumatlarda vətəndaşlar məhkəmələri MBASK-ın maraqlarına uyğun olaraq qeyri-qanuni qərar çıxarmaqda ittiham ediblər.
Xatırladaq ki, AXA şirkətlər qrupunun törəməsi olan MBASK Sığorta Şirkəti Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərir və müştərilərinə 29 növ sığorta xidmətləri və məsullarını təqdim edir. Şirkətdə 100 nəfərdən artıq işçi çalışır. Şirkətin nizamnamə kapitalı 5 730 000 manata bərabərdir. AXA 57 ölkədə, əsasən Qərbi Avropada, Şimali Amerikada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə fəaliyyət göstərir.
20 ildə AXA MBASK paytaxtda və bölgələrdə 80-ə yaxın agentlik yaradıb və ölkənin sığorta bazarında böyük pay sahibi olan şirkətlərdən biridir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az-a istinadən yayımlanmışdır