Mehdiyevin nəvəsinin toyuna gedən daha bir vəzifəli şəxs cəzalandırıldı

Mehdiyevin nəvəsinin toyuna gedən daha bir vəzifəli şəxs cəzalandırıldı

AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir vəzifəli şəxs cəzalandırılıb.

"Qafqazinfo” xəbər verir ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova da iştirak edib. Xüsusi karantin rejimi qaydalarını pozduğuna görə ona Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az