34 saylı İmişli TSEK sədri buna nə deyəcək?
İmişli rayon Sarıxanlı kənd sakiniu Nuşirəvan Kazımov “Vətəninfo.az”a müraciət edərək bildirib ki, 34 saylı İmişli Tibbi Sosial Ekspert Komisiyasının sədri Məmmədəli İbrahimov ondan 2-ci qrup əlillik dərəcəsi üçün 500 AZN rüşvət istəyib.N.Kazımovun sözlərinə görə, o isə üzərində 400 AZN olduğunu bildirib.
“Mən Məhəmmədəli İbrahimova üzərimdəki 400 AZN-ni verdim və 100 AZN-də bir həftə ərzində gətirəcəyimi bildirdim.Bir həftədən sonra mən pulu, yəni 100 manatı düzəldə bilmədim və TSEK-ə gəlib Məhəmmədəli İbrahimova pulu tapa bilmədiyimi bildirdim.O isə mənə bildirdi ki, sənin işin düzəlməyəcək.Mən ona bildirdim ki,düzəlməyəcək o zaman verdiyim 400 AZN (manatı) qaytar. Məhəmmədəli İbrahimov isə məni təhqir edərək bildirdi ki, mənə pul verməmisən”. Nuşiravan Kazımovun sözlərinə görə, o 34 saylı İmişli TSEK-nın sədri tərəfindən aldadılmaqla bərabər. Eyni zamanda 400 manat pulundan olub və verdiyi pulun geri qayıtması üçün Azərbaycan Respublikası Baş Prokrorluq yanında Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə idarəsindən, baş prokror Zakir Qaralovdan, Daxili İşlər Naziri Ramil Usubovdan və ölkə rəhbərliyindən kömək gözləyir.
“Sizdən xahiş edirəm mənə göməklik göstərərək dediklərimi hüquq mühafizə orqanlarına çatdırasınız”.
Redaksiyadan6 Qeyd edək ki, dəfələrə Məhəmmədəli ibrahimovun 34 saylı İmişli TSEK-nən sədri olaraq fəaliyyəti və vətəndaşlara qarşı tutduğu mövqey haqqında dəfələrlə məlumat vermişik.Onuda bildirmişdik ki, bir müddət öncə TSEK-sı qarşında M.İbrahimovun ədalətsizliyinə tuş gələn şəxslərdən biri həttda ağır bir vəziyyətə də düşüb.
Kənan