Məhkumun həyətindən tapança və narkotik aşkarlandı

Məhkumun həyətindən tapança və narkotik aşkarlandı
Məhkum edilən şəxsin vaxtilə yaşadığı evin həyətində torpağa basdırılmış tapança və narkotik aşkar edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, PX-in əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
PX-nin, Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 228.1, 237.2.3 və 66.3-cü maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Dibirov Şadnus Nasruddin oğlunun əvvəllər yaşadığı Balakən rayon ərazisindəki evinin həyətində torpağa basdırılmış 1 ədəd Makarov tipli tapança və 240 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə Balakən rayon Polis şöbəsində araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az