Mehriban Əliyeva aktyora sahib çıxdı - Əməliyyat xərcləri ödənəcək

Mehriban Əliyeva aktyora sahib çıxdı - Əməliyyat xərcləri ödənəcək
Kukla Teatrının aktyoru Rəhim Rəhimovun əməliyyat xərclərini dövlət ödəyəcək.

Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib verib. O qeyd edib ki, bir müddət öncə səhhətində yaranmış problemlə əlaqədar Heydər Əliyev Fonduna etdiyi müraciətə cavab verilib: "Avqustun 8-də məktubuma müsbət cavab verilib. Əməliyyatımla bağlı Səhiyyə Nazirliyinə məktub göndərilib. Nazirlik də mənim əməliyyatımı Mirməhəmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanaya həvalə edib. Mən orada əməliyyat olunmalıyam. Artıq mən orada növbəyə dayanmışam, müayinələrdən keçirəm. Növbəm çatan kimi əməliyyat olunacağam”. 

Qeyd edək ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov böyrək çatışmazlığından əziyyət çəkir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az