“Məhşərə qədər söyülmək, ələ salınmaq gözləyir bizi”-İradə İsaq
Tanınmış telejurnalist İradə İsaq növbədənkənar parlament seçkiləri ilə bağlı maraqlı status paylaşıb.
Miq.Az İradə İsaqın statusunu təqdim edir:
"Ötən əsrdəki babalarımızı hörmətlə yad etdik. Əsərlərini oxuyub güldük. Anladıq, cahil, təhsilsiz cəmiyyətimiz vardı.
Onların əsərlərinə gələcək nəsillər də güləcək. O dövrə intibah filan gözəl sözlər deyəcəklər.
Bizi tanıyanda isə lap şoka düşəcəklər. Çünki biz o əsərlərin real qəhrəmanı olduq. Hərəmizin əlində palaz-palaz diplomla, bir çoxu hələ xaricdə oxuyub gəlib. 2000-ci illər üz qarası kimi keçəcək tarixdən.
Özünü buraxan, sonra təkrar namizəd verən, sonra qovulan deputatlar bölümündə isə bəlkə havalandılar.
Cənnətdən filan üzün əlinizi. Məhşərə qədər söyülmək, ələ salınmaq gözləyir bizi.
Nə olursa, haqq olur…”
Miq.Az