Məhv edilmiş erməni əsgərin FOTOsu
Oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Ordumuz düşmənin təxribatının qarşısını vaxtında alıb və düşmən itki verərək geri çəkilib. Miq.az erməni mətbuatına istinadən xəbər verir ki, öldürülən erməni əsgərlərindən biri 1996-cı il təvəllüdlü Qurgen Ayvazyandır. Ailənin ən kiçik övladı olan Qurgen yaxın zamanlard təxris olunacaqmış.İtki xəbərini Ermənistanın Müdafiə Nazirliyi də təsdiq edib.
Q.Ayvazyanın fotosunu təqdim edirik:
Miq.az