Meksikada Heydər Əliyevin heykəlini niyə sökmək istəyirlər?-Şərh

Meksikada Heydər Əliyevin heykəlini niyə sökmək istəyirlər?-Şərh

Bu gün Azərbaycanın xarici siyasətində Avroatlantik məkana inteqrasiya prioritet istiqamət təşkil etsə də ancaq hazırda sərgilənən siyasət və Cənab prezident tərəfindən ADA-dakı açıqlama da onu deməyə əsas verir ki, Azərbaycanın yürütmüş olduğu siyasi kurs daha çox ikinci və üçüncü dünya dövlətləri ilə qaşılıqlı maraqlar kontekstinə əsaslanan bir şəkildə əlaqələrin qurulmasına və bu əlaqələrin genişləndirilməsinə hesablanıb. 

Bu sözləri “Veteninfo.az”a Dövlər İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun elmi əməkdaşı, siyasi şərhçi Ərəstun Baxşəliyev Meksikada baş verən prosesləri şərh edərkən bildirdi.

“Bütün bunlar isə Azərbaycana bir çox sahələrdə əlavə dividentlər verir. Misal üçün bu kimi dövlətlər beynəlxalq qurumlarda daha çox Azərbaycan tərəfindən çıxış edir və ya Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Son dövrlərdə bu kimi dövlətlərlə əlaqələrin genişləndirilməsi təbii olaraq erməni diaspora qrumları tərəfindən də sezilməmiş deyildir. Çox təəssüflə qarşılanan haldır ki, bu gün Meksika rəsmiləri ilə müəyyən narazılıqların olması ilə bağlı informasiyalar alırıq. Doğrudur Meksikanın “La Razon” qəzetinə əsasən Mexiko meri Marcelo Ebrard bildirib ki, bu, xarici işlər məsələsi deyil, “ictimai yer ilə bağlı olan məsələdir”. Bu fikir həqiqətən də əgər belədirsə onda bu şəhər meriyasının öz səhvidir ki, bu gün belə bir qərarın alınması reallığı ortaya çıxmışdır. Fikrimcə biz hadisələri diqqətlə izləməli və prosesdə tərəflər arası münasibətlərin gərilməsinə imkan tanımamalıyıq. Bu sonrakı mərhələlərdə bizim əleyhimizə də işləyə bilər və bundan daha çox yararlanan tərəf isə təbii ki, erməni diaspora qrumları olacaqdır. Bu baxımdan hadisənin dinc və danışıqlar yolu ilə həll edilməsi vacib olan amildir”,-deyə analitik qeyd etdi.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az