Məktəblər yenidən bağlanacaq? – RƏSMİ AÇIQLAMA

Məktəblər yenidən bağlanacaq? – RƏSMİ AÇIQLAMA

Ötən gecə Təhsil Nazirliyinin açıqladığı məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb. 

Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məktəblərin yenidən bağlanması gündəmə gəlib.

Miq.Az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Oxu.Az-a açıqlamasında bildirib ki, dünən nazirliyin yaydığı məlumatı məktəblərin bağlanması ilə bağlı hazırlıq tədbiri kimi təqdim etmək doğru deyil:

"Bu, həftəlik bir məlumatdır və biz bunu yaymaqla məlumat vermişik. Bu, məktəblərin yenidən bağlanması, əyani təhsilin məhdudlaşdırılması demək deyil”.

O qeyd edib ki, koronavirus aşkarlanan şagirdlər ev şəraitində yoluxublar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az