“Məğlubiyyət Ermənistanın və Qarabağın sonu oldu” — Ter-Petrosyandan ETİRAF

“Məğlubiyyət Ermənistanın və Qarabağın sonu oldu” — Ter-Petrosyandan ETİRAF

"Ermənistanın Qarabağda məğlubiyyəti son 23 illik hakimiyyətin apardığı avanturist və məsuliyyətsiz siyasətin nəticəsidir”.

Miq.Az bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Erməni Milli Konqresinin qurultayında çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, məğlubiyyətin əsası 1998-ci ildə qoyulub: "Status-kvonun saxlanması barədə yalançı inam və "bir metr torpaq da güzəşt edilməyəcək” prinsipi…Paşinyanın təxribatçı "Qarabağ –Ermənistandır və nöqtə!” bəyanatı bu məğlubiyyəti yekunlaşdırdı. Bu, Ermənistanın və Qarabağın sonu oldu”.

Ter-Petrosyanın fikrincə, 23 il ərzində hakimiyyət real siyasətin 3 vacib faktorunu nəzərə almadı: Qüvvələr balansı, müttəfiqlərin olmaması və ən əsası zamanın geri dönməzliyi…Həqiqət ondadır ki, bu gün mümkün olan sabah mümkün olmaya bilər: "Bu, siyasətin əlifbasıdır. Hakimiyyətlərimiz bunu anlamadı. Bu 23 ildə iqtidar özünü oyun azarkeşi kimi apararaq daha çox qazanmağa cəhd etdi. Buna görə məğlub oldular”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az