Məmməd Əlizadə DADP-dən uzaqlaşdırıldı

Məmməd Əlizadə DADP-dən uzaqlaşdırıldı

Hakimiyyətdəki qrup DADP-ni rəsmən aldı

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə partiya sədliyindən və siyasətdən getdiyini “Avrasiya.net” saytına açıqlamasında bildirib. O bundan sonra yerinin gənclərə verdiyini bildirsədə faktiki olaraq  səlahiyyətlərini icra edən şəxs də bir o qədər gənc deyil.Mirkazım Seyidov təqribi 2-3 il olar ki,DADP sıralarındadır və onun gəlişinə kimi DADP-nin müxtəlif mərhələlərdə ayrı-ayrı adamlarla adı hallanıb.Yəni M.Əlizadə yerini M.Seyidovdan əvvəl bir çoxuna peşkaş çəkib.Amma görünür bu dəfə Əlizadəni çiddi şəkildə küncə sıxıblar və getməsini məcburi şəkildə edirlər.Yoxsa Məmməd Əlizadə hələm-mələm yerini kiməsə verməz.Yaxut da bu günə kimi iş adamı Mirkazım Seyidovun xərclədiyi vəsaitin müqabilində öz yerini ona verir.Yəni bir növ borclu qalmır. Amma redaksiyamıza daxil olan məlumata görə, Mirkazım Seyidov uzun zamandı ki,siyasət səhnəsindədir və daha çox adı Paşayevlər qrupunda halanmaqdadır.Həttda bir müddət əvvəl YAP-dan qovulanların DADP-yə  gəlişinidə məhz M.Seyidovun təşkil etdiyi deyilir. Məlumata görə, M.Seyidov uzun illərdi Rusiyada yaşayıb və son illər Rusiyada diaspora sahəsində də müxtəlif tədbirlərin təşkilatçılarından olub.Amma onun bu tədbirləri birbaşa hakimiyyətdəki mövcud qrupların birinin adı ilə etdiyidə sir deyil.Məmməd Əlizadənin indi birdən-birə yerini M.Seyidova buraxması müəmmasının arxasında da məhz həmin klanın qarşıdan gələn seçkilərə hazırlığı kimi də dəyərləndirmək olar. Uzun zamandı mətbuatda növbədənkənar parlament seçkilərinin keçiriləçəyini və parlamentin tərkibinin artırılacağı haqqında məlumatlar dərc olunmaqdadır.Görünür hakimiyətdəki mövcud klan parlamentdə öz adamlarını məh DADP-nin çadırı altında maskalayaraq parlamentə salmaq istəyir. Amma fakt-faktlığında qalır ki, Məmməd Əlizadənin DADP başında olması bir çoxuna sərf etmir və müəyyən qədər ona olan ehtimatda azalıb.Çün ki,Əlizadənin müəyən bir müddətdə hakimiyyətin siyasi kursunu dəstəklədiyini deyib, hakimiyyətə yönəlik radikal çıxışları və uzun illər DADP sədri olaraq bir o qədərdə siyasi reytinqinə daha titullu nəticələr əlavə etməməsi onun sıradan çıxarılmasının nədənlərindən biridir.  Ona görə də M.Əlizadənin “Gənclərin önünü açmaq gərəkdi” yaxutta “partiyada lider olaraq qalmam istəndi,imtina etdim” kimi fikirləri bir o qədər inandırıcı deyil.  Məmməd Əlizadə görünən o ki, doğurdan da tükədilib və bu gün partiynı onun əlindən alanlar, hətta Əlizadəni lider olaraq belə görmürlər. Məcburən Əlizadə də “heç olmasa adım lider olaraq qalsın” mesajın mətbuat vasistəsi ilə edib.Yoxsa ona məlumatlara görə, liderlik ümumiyyətlə təklif olunmayıb. 

Nahid Canbaxışlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az