Məmmədli Murad Azad oğlu- Azərbaycanın istedadlı yeniyetmələrindən biri

Məmmədli Murad Azad oğlu- Azərbaycanın istedadlı yeniyetmələrindən biri

Azərbaycanın istedadlı yeniyetmələrindən biri də Murad Azad oğlu Məmmədlidir. Murad 11 sentyabr 2007-ci ildə Masallı rayonunda dünyaya göz açmışdır. Körpəlikdə şirin uşaq olub. Cizgi filmlərinə baxmaq, topla oynamaq, şəkil çəkmək, oyuncaq hissələrlə ev və başqa tikililər quraşdırmaq, sadə layihəlrlə işləmək onun ən maraqlı məşğuliyyəti olub. Ağıllı hərəkətləri, məntiqi fikirləri, dəqiqliyi Muradı başqa usaqlardan fərqləndirib. Mərhəmətlidir, heç kimin narahat olmasını istəmir. 
Murad hazırda Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsiində  yerləşən 314  №-li orta məktəbdə oxuyur.  Əlaçıdır, bütün fənləri eyni dərəcədə sevir. Nümunəvi davranışına və əla oxumasına görə məktəb müdiriyyəti tərəfindən fəxri fərmanlara layiq görülmüş, valideynlərinə təbrik məktubları göndərilmişdir. Onun  savadlı, nümunəvi şagird olmasında sinif rəhbəri  Zəminə Nəbiyevanın əməyi böyükdür.
Murad məktəblərində keçirilən bayram şənlikləri, tanınmış şəxslərin yubileyləri, dahi şair və yazıçıların anım gunlərində fəal iştirak edir, şeirlər söyləyir. Muradın yaşı az olsada, uğurları çoxdur. O, hər zaman çalışırki, irəli getsin, daha böyük uğurlar qazansın. Ona etimad göstərən valideynlərinin, doğmalarının başını uca etsin. 
Murad təbiəti çox sevir. Hər yay Azərbaycanın dilbər guşələrindən olan Lerikə - babasının yanına gedir. Orada gəzməkdən, çayların şırıltısına, quşların cəh-cəhinə, bulaqların zümzüməsinə qulaq asmaqdan doymur. Babasının və nənəsinin şirin söhbətlərinə, nəsihətlərinə diqqətlə qulaq asır, onların tapşırıqlarını ürəklə yerinə yetirir. 

Muradı tanıyanların hamısı onu səmimi, çalışqan uşaq kimi qiymətləndirir. Sinif yoldaşları ilə çox mehriban davranır, zəif oxuyan yoldaşlarına yaxından kömək edir.
Muradın arzuları böyükdür. Seçəcəyi sahənin peşəkarı  olmaq, insanlara yararlı olacaq peşəyə yiyələnmək  arzusundadır. O, buna yalnız əla oxumaqla nail olacağını da bilir. Inanır ki, məqsədinə çatacaq. Murad torpaqlarımızın bir hissəsinin düşmənlər tərəfindən tutulduğunu, işğal olunduğunu da bilir. Deyir ki, əgər mən əsgər gedənə kimi torpaqlarımız azad olunmasa, özüm qabağa düşüb düşmənin üstünə gedəcəyəm, onları ölkəmizdən qovacağam. Onun fikrincə, bütün sənətlərdən və peşələrdən uca ali bir məqsəd var - Vətənəlayiq olmaq. Murad Azərbaycanın layıqli vətəndaşı olmaq istəyir. 
 
Gələcək işlərində uğurlar sənə, Murad.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az