"Mən getdim" - Özünü asan 14 yaşlı məktəblinin son sözü
Özünü asan 7-ci sinif şagirdidir
Xızının Sitalçay qəsəbəsində özünü asaraq intihar edən 14 yaşlı məktəbli Rüfət Bayramovla bağlı bəzi təfərrüatlar məlum olub. Yerli sakinlərdən İstiPress-in şimal bürosunun əldə etdiyi məlumata görə, Rüfət yaxşı oxuyan şagird olub, tərbiyəsi və təhsili ilə bağlı heç bir problem yaşamayıb. Ötən həftənin beşinci günü - aprelin 28-də dərsdə olub. 14 yaşlı məktəblinin valideynləri bir-birilə ayrılıb, atası Şuraabad kəndində yaşayır. İki qardaş olan uşaqlar anası ilə qalsa da, atasının da yanına gedib gəlirmişlər.
Hadisə baş verən gün Rüfət 4-cü sinifdə oxuyan qardaşı ilə evdə olub. Birdən qardaşına "mən getdim" deyib və iplə özünü tövlədən asıb. Bir azdan onu asılmış görən qardaşı qorxaraq qonşulara xəbər verib. Hadisə vaxtı anası yas yerində olub. Hələ nəfəsi üstündə olan, xırıldayan məktəblini Sumqayıt şəhər xəstəxanasına çatdırsalar da, 1 gün sonra uşaq keçinib. Onun özünü asmasına ilkin olaraq ailələrində yaşanan gərginliyin səbəb olduğu ehtimal edilir. Bütün bu ehtimallara Xızı rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə açılan cinayət işinin istintaqında cavab veriləcək.
Miq.az