“Mən teatr haqqında danışmaq istəyirəm” layihəsi müzakirə olundu

“Mən teatr haqqında danışmaq istəyirəm” layihəsi müzakirə olundu

Vətəninfo.az-a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən verilən məlumata görə, teatrda ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin növbəti iclası keçirilib. “Mən teatr haqqında danışmaq istəyirəm” layihəsinin hazırlıq işlərinə həsr olunmuş tədbiri giriş sözü ilə teatrın direktoru, Əməkdar Artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov açıb. O bildirib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 85 illik yubileyi çərçivəsində orta ümumtəhsil məktəbləri ilə birgə bir sıra layihələr həyata keçirir:
“Bu yaxınlarda artıq Nəsimi rayonu 16 və Səbail rayonu 189 saylı orta məktəblərdə tədbirlərimiz baş tutub. Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan teatrının inkişaf etdirilməsi ilə bağlı 2009-cu 18 may tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Teatrı 2009-2019 illərdə” Dövlət Proqramı, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140 və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyləri çərçivəsində həyata keçiriləcək növbəti layihə “Mən teatr haqqında danışmaq istəyirəm” adlanır. Layihə Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzi ilə birgə, məktəblilər arasında bədii qiraətçilərin baxış müsabiqəsi ilə mart ayından start götürəcəkdir. Layihənin həyata keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişaf mərhələləri, teatr sənətinin görkəmli sənətkarları, Azərbaycan teatrının beynəlxalq teatr səhnəsinə inteqrasiyası haqqında daha dolğun təsəvvür yaratmaqdır”.
Layihədə iştirakın yaş həddi, mərhələləri, təşkilatı məsələləri, haqqında ətraflı məlumat verən M.Həmidovun sözlərinə görə, “Mən teatr haqqında danışmaq istəyirəm”də hər yaş kateqoriyasından olan məktəblilər iştirak edə biləcəkdir: “İki mərhələdən ibarət olacaq baxışın birinci mərhələsi mart ayının 1-dən - 28-dək məktəblərdə, ikinci və yekun mərhələsi isə 26 aprel 2013-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcəkdir. Birinci mərhələdə münsiflər heyəti tərəfindən seçilmiş qiraətçilər ikinci məhhələdə çıxış edəcəklər. Baxışın qalibləri və bütün iştirakçılar diplom və mükafatlarla təltif olunacaqlar. Bununla bağlı Səbail rayon orta ümumtəhsil məktəblərinin direktorlarına məktub və istiqamətverici tövsiyələr göndərilmişdir. Baxışla bağlı teatrda münsiflər hetəyi və işgüzar heyət, eləcə də şagirdlərə əməli köməklik göstərmək məqsədilə məktəblərə təhkim olunmuş üzvlər seçilib. Hazırda baxışın keçirilməsi ilə əlaqədar hazırlıq işləri görülməkdədir.”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az