Məqsəd Nur AzTV-də baş direktor təyin olundu
"Azad Azərbaycan” Televiziyasının (ATV) "Xəbərlər” Departamentinin
sabiq rəhbəri Məqsəd Nur Azərbaycan Televiziya və Radio Verilişləri
(AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Xəbərlər” informasiya
studiyasının baş direktoru təyin olunub.
Vətəninfo.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə
Qasımova bildirib ki, Məqsəd Nur dünən kollektivə təqdim olunub və bu
gündən vəzifəsinin icrasına başlayıb.
Xatırladaq
ki, "Azad Azərbaycan” Televiziyasının (ATV) "Xəbərlər” Departamentinin
rəhbəri Məqsəd Nur bir neçə gün əvvəl işdən çıxarılıb.