Mərhum prezidentin qızı həbs edildi
Gülnarə Kərimovaya qarşı bir neçə ittiham itrrəli sürülüb
Özbəkistanın keçmiş prezidentinin qızı saxlanılıb. G.Kərimova dələduzluq, gömrük qanunvericiliyini pozmaq, xarici valyutanı gizlətməkdə, xidmət və ticarət qanunlarını pozmaqda, sənədləri saxtalaşdırmaqda, gəlirlərini gizlətməkdə ittiham edilir.
Rəsmi Daşkənd bir sıra ölkələrə də Kərimovanın bağlantıda olduğu cinayətkar dəstə üzvlərini həbs etmək xahişi ilə müraciət edib.
****
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı, qalmaqallı Gülnarə Kərimovanın həbsi haqında qərar verilib. İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb, onun barəsində həbs qətiimkan tədbiri seçilib. Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
TASS-ın yaydığı məlumata görə, isə keçmiş prezidentin qızı beş illik azadlqıdan məhrumetmə cəzasını çəkir. Ona cəza 2015-ci ildə pul vəsaiti mənimsəmə və dələduzluq ittihamları ilə bağlı verilib.
Qeyd edək ki, bir neçə ay öncə G.Kərimovanın ölüm xəbəri yayılmışdı. Özbəkistan KİV-ləri xüsusi xidmət orqanlarına yaxın mənbələrə əsasən Gülnarə Kərimovanın 2016-cı ilin noyabrın 5-də zəhərlənərək öldüyü və həmin gün də Daşkənddəki "Minor" qəbiristanlığında dəfn edildiyi barədə məlumat yaymışdı. Lakin Cenevrədən olan vəkil Qrequar Manja "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində Özbəkistanın birinci prezidenti, mərhum İslam Kərimovun böyük qızı ilə bağlı xəbərləri təkzib edib.
G.Kərimova 1972-ci ildə anadan olub. Bir sıra dövlət vəzifələrini tutub. 2013-cü ildə adı korrupsiya qalmaqalında hallanıb və ev həbsinə məhkum edilib. Onun haqqında son informasiya iki il öncəyə aiddir.
O, atası, prezident İslam Kərimovun dəfn mərasimində də görünməyib. //İstipress.com
Miq.az