Mərkəzi Bankdan banklara tələb

Mərkəzi Bankdan banklara tələb

Bəzi KİV-lərdə Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarına plastik kartların təhlükəsizliyini təmin etmək üçün ilin sonuna qədər vaxt verildiyi yazılmışdı.

Bildirilib ki, AMB-in tələbinə əsasən yaxın 3 ay ərzində bütün bankomatlarda azı 2 kamera quraşdırılmalıdır.

Vətəninfo.az xəbər verir ki, Oxu.az məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) mövqeyini öyrənib.

Bankdan bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.06.2014-cü il tarixli 15/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na 30.06.2014-cü il tarixindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş dəyişikliklərə görə 01.07.2015-ci il tarixindən aşağıdakı tələblər qüvvəyə minib.

7.8. Ekvayerə məxsus bankomatlar ən azı aşağıdakı tələblərə cavab verməlidir:

7.8.1. Bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 (altı) ay müddətində saxlanılması təmin edilməlidir;

7.8.2. bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılmalıdır;

7.8.3. daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunmalıdır;

7.8.4. açıq ərazilərdə quraşdırılmış bankomatlar əlavə olaraq titrəyiş, istilik sensorları ilə təmin edilməlidir;

7.8.5. açıq ərazilərdə quraşdırılmış bankomatın qarşısındakı (və ya ətrafındakı) 2 (iki) metrdən az olmayan ərazi sutkanın qaranlıq vaxtı (sutkanın günəş batandan günəş çıxanadək olan hissəsi) aydın şəkildə işıqlandırılmalıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az