Mərkəzi Bankın qara siyahısındakı şəxs kimdir?

Mərkəzi Bankın qara siyahısındakı şəxs kimdir?
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının Əl Qaidə Sanksiya Komitəsinin sentyabrın 21-də qəbul edilmiş qərarlarına uyğun olaraq oktyabrın 5-də ümumi siyahını yeniləyib.  
Vətəninfo.az  Axar.az-a istinadla xəbər verir ki, əslən İngiltərə vətəndaşı olan Aseel Muthananın adı MB tərəfindən qara siyahıya əlavə edilib.
Muthana 1 il öncə BBC-yə müsahibə verib. 18 yaşlı terrorçu İngiltərənin Kardiff şəhərində yaşadığını, 2014-cü ildə qardaşı Nasser Muthana ilə birgə Suriyada cihadçı qruplaşmalara qatıldığını deyib.
İngiltərənin tələbi ilə BMT Muthana qardaşlarını, Ömər Huseyn, Aqsa Mahmud və Selli-Anna Consu qara siyahıya əlavə edib.
Xatırladaq ki, BMT-nin qara siyahısında 72 təşkilat və 231 fiziki şəxsin adı var.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az