Məşhur killer İlhamənin ailəsinə başsağlığı verdi

Məşhur killer İlhamənin ailəsinə başsağlığı verdi
Hacı Məmmədov hadisə ilə bağlı bu gün günorta saatlarında həbsxanadan telefon açıb 

Bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın ailəsinə gözlənilməyən yerdən baş sağlıbğı gəlib. Miq.az jam-az-a istinadən xəbər verir ki, həmin gözlənilməz adam məşhur qanqster, hazırda həbsdə olan Hacı Məmmədov olub.

Məlumata görə, Hacı Məmmədov bu gün günorta saatlarında mərhum müğənninin ailəsinə telefon açaraq, İlhamə Quliyevanın dünyasının dəyişməsindən kədərləndiyini bildirib və başsağlığı verib. 

Xatırladaq ki, İlhamə Quliyeva ilə Hacı Məmmədov arasındakı əlaqələrin tarixçəsi hələ 2005-ci ildən əvvələ gedib çıxır. Həmin vaxt məşhur killerə məxsus «Qarabulaq» İstirahət Mərkəzində müğənninin mütəmadi olaraq göründüyü elə aparılan istintaqa da məlum olmuşdu. Daha sonra isə hər iki şəxsin birgə fotoları da yayılmışdı. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az