Məşhur müğənni Uitni Hyustonun qızı vəfat edib

Məşhur müğənni Uitni Hyustonun qızı vəfat edib
Vətəninfo.az-ın məlumatına görə, APA-nın xarici mətbuata istinadən məlumatına görə, Uitni Hyuston və sənətçi Bobbi Braunun qızı, 22 yaşlı Bobbi Kristina Braunun müalicə olunduğu xəstəxanada öldüyü bildirilir. Ailəsinin yaydığı açıqlamada qeyd edilib ki, valideynləri kimi müğənni olan Kristina bu il yanvarın 31-də yaşadığı evin hamamında huşsuz vəziyyətdə tapılıb. Onun beynindən ciddi zədə aldığı məlum olub. 6 ay xəstəxanada saxlanılan gənc müğənni ötən gün vəfat edib.

 

Qeyd edək ki, Uitni Hyuston 2012-ci ilin fevralında ölüb. Onun qaldığı hoteldə yüksək dozada narkotik qəbul etdiyi, üzüstə vannaya yıxılaraq, boğulduğu müəyyənləşib. Uitni Hyuston bütün sərvətini qızına bağışlamışdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az