Messidən daha bir ilk
Vətəninfo.az xəbər verir ki, Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Boliviya
ilə yoldaşlıq görüşündə dubl edən Messi yığmasının tarixinə düşüb.
Dünənki
matçda fərqlənən 28 yaşlı futbolçu Cənubi Amerika qitəsinin bütün
yığmalarına qol vuran ilk argentinalı futbolçu olub. Lakin ondan öncə 3
futbolçu eyni uğura imza atıb.
Messiyə qədər
Ziko (Braziliya), Arnoldo İquaran (Kolumbiya) və Aqustin Delqado
(Ekvador) Cənubi Amerikanın bütün milli komandalarına qol vurmağı
bacarıb.
Qeyd edək ki, Argentina - Boliviya oyunu 7:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.