Məşuqunu xəstə qızından üstün tutdu - 3 aylıq uşaq qızdırmadan öldü

Məşuqunu xəstə qızından üstün tutdu - 3 aylıq uşaq qızdırmadan öldü
İngiltərədə xəstə uşağını evin birinci mərtəbəsində divanın üzərinə ataraq ikinci mərtəbədə məşuqu ilə yatağa girən qadının məhkəməsi başa çatıb.
Qadın məşuqu ilə yataqda olanda onun xəstə, 3 aylıq qızı keçinib.
Səbəb körpənin 9 saat baxımsız qalması, onun anasının cinsi əlaqədən sonra yuxuya getməsidir.
Milli.Az The Mirror-a istinadən bildirir ki, hadisə İngiltərənin Staffordşir qraflığındakı Stok-o-Trent şəhərində yaşanıb.
38 yaşlı Peterlə yatağa girib sevişməyi qızdırma içində alışıb-yanan 3 aylıq körpəsinə baxmaqdan üstün tutan 32 yaşlı İvonn Edkins 18 ay müddətinə azadlıqdan məhrum olunub.
O, üç aylıq Şanellin ölümündə suçlu bilinib.
İvonn Edkins məhkəmədə bildirib ki, məşuqu Piterlə iki həftə əvvəl avtobus dayanacağında tanış olubmuş. 
Ekpertizanın rəyində bildirilir ki, qızdırmalı Şanell qusub və ağzı dolu olduğu üçün udqunaraq boğulub, ölüb.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az