Metro və avtobus kartları dəyişdirilir? – Bakı Nəqliyyat Agentliyindən AÇIQLAMA

Metro və avtobus kartları dəyişdirilir? – Bakı Nəqliyyat Agentliyindən AÇIQLAMA
Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş "BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb.
 
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA)İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
 
M.Ağayev qeyd edib ki, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir:
 
"Qeyri-müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az