Metroda işığın sönməsi problem yaratdı

Metroda işığın sönməsi problem yaratdı

Bakı Metropoliteninin "20 yanvar” stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb. Trend-in məlumatına görə, hadisə bu gün səhər saat 9 radələrində baş verib.

Stansiyaya verilən elekrtrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. Bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az