Məzahir Pənahov maşınları satışa çıxardı - Qiyməti çox ucuz

Məzahir Pənahov maşınları satışa çıxardı - Qiyməti çox ucuz
Əmlak Məsələləri Dövlət Komitəsi Mərkəzi Seçki Komissiyasının balansında olan avtomobilləri hərraca çıxarıb

Komitədən Axar.az-a verilən məlumata görə, növbəti hərrac 31 oktyabr tarixində keçiriləcək. Hərracda Mərkəzi Seçki Komissiyasının 2 avtomobili özəlləşdirməyə təqdim edilib. Komissiyasının təqdim etdiyi 1995-ci ilin "Volksvagen Polo” avtomobili artıq 3-cü dəfədir ki, hərraca çıxarılıb. Bundan öncəki hərraclarda satılmyan avtomobil bu dəfə 10% endirimlə təkrar hərracdadır. Avtomobilin ilkin satış qiyməti isə 1600 manatdır.

Digər avtomobil isə 1998-ci ilin "Daevoo Leganza” markalı minik maşınıdır. Bu avtomobil də artıq 5-ci dəfədir hərraca çıxarılır. Bu səbəbdən avtomobil 50% endirimlə satılır. Qiyməti isə 1127 manat təklif edilib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az