MHP koalisiya şərtlərini rəsmən açıqladı: Çox sərt!
"Kürd vətəndaşlarımız bizim
əmanətimiz və qardaşlarımızdır”, deyən MHP Rəcəb Tayiib Ərdoğan və CHP
rəhbərliyinə sərt mesajlar da göndərdi
Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-da hökumət qurulması üçün baş
nazir Ahmet Davutoğluna səlahiyyət verdikdən sonra Milliyətçi Hərəkat
Partiyası koalisiya hökuməti ilə bağlı şərtlərini açıqlayıb.
MHP-nin
bu haqda yazılı açıqlamasında bildirilir ki, partiyasının AKP ilə
koalisiyaya girməsi üçün PKK terror təşkilatı ləğv edilməli, AKP-nin
yürütdüyü gizli sövdələşmələr haqqında xalqa bilgi verilməli, terror
qruplaşmasına verilən vədlər açıqlanmalıdır.
Bundan
başqa rüşvət və korrupsiya əməliyyatları davam etdirilməli, prezident
başda olmaqla Türkiyənin idari və siyasi məsuliyyətini daşıyan şəxslər
Ana Yasa cizgilərini aşmamalıdır.
MHP təkrar seçkinin deyil, koalisiya hökuməti qurulmasının tərəfdarı olduğunu vurğulayır: "7 iyun seçkisindən sonra yaranan boşluqda Türkiyənin əsas məsələlərini
çözməyi hədəfləyən bir koalisiya yaradılmasına ciddi ehtiyac var.
Böhran və xaoslara görə, eləcə də tarix qarşısında hər kəs məsuliyyətini
dərk etməlidir. Ölkəmizin bugünkü durumdan çıxarılması üçün məsuliyyət
hissi keçirənlərin əlbirliyi ilə hərəkət etməsi reallıqla yanaşı, həm
də məcburiyyətdir. Rəsmi koalisiya danışıqları başlamadan Milliyətçi
Hərəkat Partiyasına qarşı işə salınan qara piar kampaniyası məqsədinə
çatmayacaq. Çünki bu sürəcdə MHP heç bir gizli danışıqlarda,
sövdələşmələrdə tərəf olmayıb. Özəlliklə bildiririk ki, Türkiyə Böyük
Millət Məclisi sədri seçkisində MHP-yə qarşı səslənən iradların heç bir
əsası yoxdur. MHP doğru qərar verib və bu gün də həmin qərarının
arxasındadır”.
MHP-nin
açıqlamasında bir daha bildirilir ki, PKK terror təşkilatının siyasi
qanadı sayılan HDP-nin təmsil olunacağı hər hansı birlikdə təmsil
olunmamaq qərarı dəyişməzdir: "AKP-HDP, AKP-CHP, bu da olmasa
AKP-CHP-HDP koalisyonu mümkün variantlardır. MHP isə heysiyyətli dik
duruşu ilə ana müxalifət partiyası olmaq görəvini üzərinə götürməyə
hazırdır. 7 iyun seçkisindən çıxan əsas sonuc budur. Siyasi partiyalar
bu mesajı anladıqları kimi həyata da keçirməlidirlər. Əgər xalqın
iradəsini kənara qoysa, qaçaq və qaranlıq saraylarda öz iqbalını və
kürsüsünü təminat altına almaq üçün çabalayan prezident Rəcəb Tayyib
Ərdoğan da məsuliyyətdən yaxa qurtara bilməyəcək. Bizi qanlı terror
qruplaşması PKK-nın qolu olan HDP ilə yan-yana gətirməyi
planlaşdıranların hesabları da nə milli, nə də tarixi dəyərlərimizə
uyğun deyil. HDP-ni yox saymağımızdan narahat olan və hiddətlənən
çevrələrin PKK-nın niyyət və hədəflərinə dəstək verdiklərini, bölücülüyü
leqallaşdırmaq istədiklərini millətimizə bəyan etmək istəyirik. MHP-ni
buna görə məsuliyyət altına salmaq cəhdləri əxlaq, şəxsiyyət və kök
problemi yaşayanların zehniyyətindən irəli gəlir”.
Bu açıqlamadan sonra MHP 4 bəndlik tələbini bir daha bəyan edir:
"1. PKK terror qruplaşması özünü buraxmalı, hörgütçülər silahları ilə
birlikdə təhlükəsizlik güclərinə təslim olmalıdırlar. Təslim olan
terrorçular qanunla mühakimə edilməlidir. HDP terrorla arasında məsafə
qoyduğunu sözdə deyil, reallıqda sübut etməlidir. HDP Ana Yasanın
millətin və dövlətin bütünlüyü prinsipinə əməl etdiyini əməldə
göstərməlidir. Bunlar gerçəkləşdikdən sonra HDP-nin siyasi həyatda
bərabərhüquqlu təmsilçiliyinə MHP-nin heç bir iradı olmayacaqdır.
2. AKP iqtidarı dönəmində qazanılan demokratik ənənələr davam
etdirilməlidir. Bununla yanaşı vətəndaş hüquq və azadlıqlarını
əngəlləyən problemlər aradan qaldırılmalı, hüquq dövlətinin inkişafına
çalışılmalıdır. AKP iqtidarı keçmişi ilə üzləşməkdən qorxmamalıdır,
ədalət və əxlaq ölçüləri öncəki səviyyəyə yüksəldilməlidir. AKP Oslodan
İmralıya qədər uzanan PKK danışıqlarının detallarını millətə açmalıdır.
AKP-nin gizli apardığı bütün bazarlıqlar bu dövlətin tək sahibi olan
millət üçün şəffaf olmalıdır. Türkiyənin ərazi bütövlüyünü və milli
birliyini təhdid altına alan bütün danışıqlar dərhal dayandırılmalıdır.
3. Türkiyənin
sabitliyi və sükunəti etnik və məzhəb ayrımları siyasi qərarlar onları
bıçaq kimi kəsdikdən sonra mümkündür. Toplumu parçalayan bölücülük
faktorlarının aradan qaldırılması şərtdir. Türk milli kimliyi Türkiyənin
birlik və rifahı üçün birlik və bərabərlik çətiridir. Heç kim bizi
millətimizin tərtəmiz və şərəfli mənsubları olan kürd kökənli
qardaşlarımızla qarşı-qarşıya gətirib aramızda divar hörə bilməyəcəkdir.
Kürd qardaşlarımız türk millətinin yeri dolmayacaq dəyər və əmanətidir.
Etnik bölücülük bataqlığında çırpınanların kənara çəkilməsi, təsirsiz
hala gətirilməsi qardaşlığımız üzərində dolaşan kabus buludlarının da
dağıdacaqdır.
4. Millət və dövlət həyatını çox ağır şəkildə şübhə altına alan rüşvət və
korrupsiya ittihamları qanun çərçivəsində araşdırılmalı və xalqa bu
haqda bilgi verilməlidir. Millətin və dövlətin vicdanı ədalət məhkəməsi
bu haqda ədalətli qərar verəndən sonra rahatlayacaqdır. Vəzifəsindən
asılı olmayaraq hər kəs qanunlara əməl etməli, milli dəyərimiz olan
halal-haram ayrımını mənəvi dəyər olaraq dərk etməlidir. Heç bir dövlət
və hökumət görəvlisi Ana Yasanın vermədiyi səlahiyyətlərdən yararlana
bilməz. Prezident başda olmaqla Türkiyənin siyasi məsuliyyətini daşıyan
hər bir şəxs konstitusiyanın cızdığı sərhədlər çərçivəsində hərəkət
etmək məcburiyyətindədir. Türk millətinin seçilmiş krallara, seçki
qutusundan çıxsa da bunu yanlış yorumlayıb avtoritarizmə, diktaturaya
çəkən qanun tanımazlara layiqli cavab verəcəyinə şübhə olmamalıdır.
Milliyətçi
Hərəkat Partiyası bu 4 şərti qəbul edən siyasi partiya ilə koalisiyada
təmsil olunmağa hazırdır. Biz Türkiyənin siyasi sabitliyinin pozulmaması
üçün üzərimizə düşən vəzifəni və məsuliyyəti dərk edirik, digər siyasi
partiyaları da demokratiya tələblərinə uyğun şəffaf dialoqa dəvət
edirik”.
musavat.com