Milli kökümüzü baltalayanları ucaltdıqca

Milli kökümüzü baltalayanları ucaltdıqca

Milli kökümüzü baltalayanları ucaltdıqca „Daş Yuxular“- ın sayı daha da artacaq…

Şəfəq Azər

Almaniya

Milli kökümüzü, dinimizi yaxşı – yaxşı baltalayanları planlı şəkildə Sovet Ədəbiyyatında təbliğ etməklə özümüz özümüzə yadlaşmışıq. Keçmiş Sovet ölkəsi parçalanıb, amma bizim fikirlərimiz hələki öz yerində qalır. Əkrəm Əylisli sözügedən romanı ilə özünə haqq qazandırır və bəziləri də ona yazardır, nə istəsə yazar deyə haqq verirlər. Fikir-düşüncə və onun təxəyyülünün məhsuluna toxunmaq olmaz və s. kimi səslənən yazılarda, Əkrəm Əylisliyi daha da motivə etmiş oluruq. Bəlkə elə onun bu romanı yazmağına səbəb başqa məsələdir. Əgər bizlər dinini dəyişib xristian olan Mirzə Fətəli Axundovu,  Mirzə Ələkbər Sabiri hələ də sevə-sevə təbliğ edir „Harada Müsəlman görürəm qorxuram“ dediyini yaxud da başqa qəzəllərini həvəslə dinləyiriksə, demək ki, „Daş yuxuların“ sayı artdıqca artacaq… Bizlər birinci növbədə öz milli soy kökümüzü, dinimizi təbliğ etməyi öyrəndikdən sonra özümüzü tanıyacaq və xalqa tanıtdıracağıq. Dinimizi təhqir edən yazarları, şairləri UNUTMALIYIQ VƏ UNUTTURMALIYIQ!!! Sovet Ədəbiyyatına son qoymağı bütünlüklə bacara bilmərik, orada da incilər var, tapmaq isə bir az zəhmət və yeni ruh  tələb edir. O incilərin içində Türk dünyasının önəmli insanları var, gəlin onları təbliğ edək. Onlar kimi yazanları, milli soy kökünə sahiblənməyi, dinimizi sevməyi, uşaqlarımıza aşılayaq. Necə ki, Dahi Nizamı Gəncəvi, Məhəmməd Füzuli kimi insanlar Allaha bağlı idilər, bizlər də onları təbliğ etdiyimiz kimi Məhmət Akif Ersoyu,  Necib Fazil  Kısakürəyi,  Aşıq Veysəli,  Məhəmməd Hadini, Bəxtiyar Vahabzadəni, övladını və canını bu xalqa qurban verən insanları Xəlil Rza Ulutürkü və başqalarını öyrənək və təbliğ edək. Mirzə Ələkbər Sabir bəlkə də kimilərin isə təsiri altına düşmüş, ermənilər, ruslar  tərəfindən dəstək gördüyü üçün onlara sərf ediləcək şəkildə çap olunmuşdur. Mirzə Ələkbər Sabirin tək bizə gəlib çatan „Hophopnamə“sidir, qalan əlyazmaları, çoxlu şeirləri hamsı yandırılmış məhv edilmişdir. Kim bilir, bəlkə onu bu cür yazmağa məcbur etmişlər. Amma o insanın yazıları buna haqq vermir ki, o bütün xalqın beyninə yeridilsin, o sadecə istedadlı  satirik şair olub, və özü öçün yazıb. Bunu dəfələrlə çap edib, uşaqlara öyrətməklə heç bir şey qazanmayacağıq, əksinə itirəcəyik. Onun uşaq şeirləri var, amma sadə dildə yazılan şeirlər, məzmunlu şeirlər ondan daha yaxşı bizlərə xeyir verər. Uşaqları üsyankarlığa deyil, doğru barışığa səsləyən yazılarla çıxış edən şair və yazıçıları öyrətsək daha yaxşı olar məncə. Bu gün artıq bizə kimin necə yazması, ən çox da milli mənəvi dəyərlərimizlə zəngin olub, olmaması maraqlandırmalı və onlar seçilməlidir. Əlbəttə bir milyona yaxın qaçqını olan Azərbaycana ruh lazımdır, onun dərdinə yanmağı bacaran inamını artıran ilahi bir qüvvəyə inam lazımdır. Biz o imandan Allahdan uzaq düşdük, və Sovet ölkəsinin təsiri ilə düşürüldük!!! Əkrəm Əylisli bəy də hələ ki, Ruhunu tapa bilməyib, onun bunun ruhu ilə yaşamaqdadır. Ruhunuza dönmək üçün Allaha dua oxuyuram Əkrəm bəy! Bağışlayın Əkrəm bəy, bu cümləm xətirinizə dəyəcək. Amma siz hələ də Rusiyanın, ermənilərin ruhunu dünyanın gedişatını anlamırsınız. Bu yazınızla kimə və nəyə haqq qazandırırsınız??? Sizin kimi yazanları da ruhsuzluqda günahlandırıram. Avropada, Amerikda və dünyanın çox yerində yaşayan insanlarımız  sizin kimi düşünsəydi çoxdan Azərbaycan xalqının sayı azalar, yox olardı. Əgər hər getdiyimiz ölkənin xoşuna gəlmək üçün, gerini öz ölkəmizi, öz milli kükümüzü baltalasaydıq, ruhumuzu hər getdiyimiz ölkənin havasına dəyişsəydik biz kim idik indi. Bizlər buradan oraya, xalq dərdi ağlamağı düşünməyib özümüzü düşünsəydik çoxdan Nobel mükafatlarına layıq olardıq. Sizin kimi düşünənlər də var, hər getdiyi ölkəni özünə vətən edən, yəni Ermənistanı da heç utanmadan vətən edənlər də elə o insanlardan olar. O insanlar bizlərin adına qara ləkədir. Ermənistana vətənim deyib, pula satılarsa  mən də erməniyəm deyrsə, elə birinə Vətənin çörəyi halal olarmı??? Bu yazınızla bizlərə vətən sevgisini necə öyrədə bilərsiniz? Sizə verilən mükafatları bu qədərmi dəyərsiz hesab etdiniz? Sizin kimi bir Azərbaycanlıdan hansı örnəyi ala bilərik? Biz xaricdə yaşayanları bu şəkildəmi Vətənə bağlayırsınız, öz xalqınızı təhqir edərək?? Mən sizin kimi düşünənlərə səslənirəm, ruhunuzu təzələyin, ruhsuz bədəndə yaşamaqla boşluqda yaşamağın bir fərqi yoxdur. Özünüz özünüzü qurtarın, dinsizlik sizləri məhv edir…

Əkrəm bəy, artıq sizin kimi bir kökünü baltalayana Əylisli adının artıq olduğunu düşünüb, Müəllim  sözü də sizə yaraşmır, sadəcə Əkrəm bəy, deyə müraciət edirəm. Əslində Bəy sözü də yaramır… Sizin kimi öz xalqını aşağılayan, haqqını tapdalayan, düşmənlərə baş əyən birinə deyırəm, sizdən Xaricdə yaşayan azərbaycanlılar utanır və utanacaqlar… Bizim uşaqlar sizin kimi birisinin yazısını oxuyub, başqaları tərəfindən qınağa tutulduqca, bəd dualarımızı alacaqsan. Ermənilərə bizdən inamlı kimi baxırsan, onların dini kitabını əlinə alıb oxusaydın, onların dindən nə qədər uzaq olduğunu oxusaydın, başımıza bu bəlaları gətirən, qan içənlərin, insanlıq adına ləkə olduqlarını da öyrənmiş olardın. Amma mənə elə gəlir ki siz heç bir dini kitabı oxumamış Allahdan uzaq bir zavallısınız... Sovet ölkəsi çoxdan dağılıb Əkrəm bəy, ayılın və özünüzə gəlin, manqurtlaşmış dünyadan çıxın, başını şəhidlərin BAŞDAŞINA vurun, Xocalı soyqırımında Qarabağda şəhid olmuş, o körpə məsum körpələrin, analarının bacılarının ayağından öpün.... Bəlkə rəhimli xalqım səni bağışlaya, bəkə başdan ayağa şəhid qanı ilə suvarılmış torpağım sən öldükdə, sənin rəhimsiz düşüncələrlə mənasız yaşamış canına sahib çıxa. Mənə elə gəlir ki, Azərbaycan ölkəsi və bu  TORPAQ belə səni qəbul etməyəcək !!!  Sən bir nanakorsan... Zori Balayanlarla oturub, duran beyni zehni kütləşən Qalinalarla ailə quran birisi bizə nə xeyir verər, ziyandan başqa. İndi də məni qınayacaqsan, məni bir qatı millətçi adlandırcaqsan, amma Qalinanın adını dəyişdirib, dinini dəyişdirməyi bacarsaydın torpağını sevdirməyi bacarsaydın, o zaman xalq sənə rəğbət bəsləyərdi ... Avropada Türkiyədə başqa müsəlman ölkələrində, Müsəlman bir kişinin  başqa dindən olan qadını müsəlmanlığı qəbul edib, əsil müsəlman olmağa çalışdığı halda, Keçmiş Sovet ölkəsində kişilər  qeyri müsəlman qadınla evlənib, qadının təsiri ilə ölkəsinə dininə sizin kimi xəyanət etdiyinin şahidiyik. Dinimizin icazəsi ilə hər hansı bir müsəlman kişisinə icazə verilir, Başqa dindən qadınla evlənməyə, amma o qadını əsil müsəlmana çevirib doğru yola çəkmək üçün. Allahın iznindən çıxanlar isə sizin kimi öz dinindən imtina edib xalqını aşağlayarsa ona heç kim bəraət verə bilməz. Çox təssüflər olsun ki, sizin kimilər bu xalqa ləkədir və hər zaman da bizlərə başaşağılığı gətirib gətirəcək də... 

Mən bir neçə gündür özümə gələ bilmirəm və bu “Daş Yuxular”ınız kaş ki, daş olaydı və heç bundan xəbərsiz olaydım. Ümidim yalnız Vətənimin dəyərli və uzaqgörən Yazarlarına, Şairlərinə, Ziyalılarına qalıb.... Məncə millətim artıq müəllifin yazdığı əsərin necə yazıldığını tam anlamışdır.....



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az