Bu gün milli komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Vətəninfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, Robert Prosineçkinin yetirmələri səfərdə Malta ilə qarşılaşacaqlar.
Xorvatiya ilə evdə keçirilən oyundan bərabərliklə ayrılan milli komandada əhval-ruhiyyə olduqca yüksəkdi. Ümumilikdə isə xorvat məşqçi Robert Prosineçkinin gəlişindən sonra rəsmi oyunlarda məğlub olmayan və qol buraxmayan milli komandamız bu oyuna da qələbə əzmi ilə çıxacaq.
Malta ilə ilk görüşümüzdə evdə qalib gəlməyimiz də bizim üçün üstün cəhətlərdən biridi.
Azərbaycanlı azarkeşlər də Malta ilə matçda yığmamızdan qələbə gözləyirlər. Bunu bacaracağı halda, komandamız xallarının sayını 8-ə çatdıracaq ki, bu da seçmə mərhələni 4-cü pillədə bitirmək şansımızı artıracaq. Bundan əlavə, sabiq baş məşqçi Berti Foqtsun 9 xallıq rekord göstəricisinin yenilənməsi və ya təkrarlanması üçün də şərait yaranacaq.
6 sentyabr
21:00. Malta - Azərbaycan
Ta Qali. Milli stadion. Hakimlər: Harald Lexner, Maksimillian Kolbiç, Andreas Staudinqer, Andreas Haydenrayx (Avstriya)
|
1 |
Xorvatiya |
7 |
4 |
3 |
0 |
16 |
3 |
15 |
|
2 |
İtaliya |
7 |
4 |
3 |
0 |
10 |
5 |
15 |
|
3 |
Norveç |
7 |
4 |
1 |
2 |
8 |
8 |
13 |
|
4 |
Bolqarıstan |
7 |
2 |
2 |
3 |
7 |
8 |
8 |
|
5 |
AZƏRBAYCAN |
7 |
1 |
2 |
4 |
4 |
11 |
5 |
|
6 |
Malta |
7 |
0 |
1 |
6 |
1 |
11 |
1 |