Milli Qurtuluş günü Səbail rayonunda qeyd olunub

Milli Qurtuluş günü Səbail rayonunda qeyd olunub

Bu gün Milli Qurtuluş Günü Səbail rayonunda da qeyd edilib. “Vətəninfo.az”a Səbail RİH-dən daxil olan məlumatda deyilir ki,

Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunmaqdadır. Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetində əlamətdar günlə əlaqədar tədbir keçirilib.Tədbiri açıq elan edən Milli məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddi Hacıyev qeyd edib ki, yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu öndən Heydər Əliyevin səyləri, bacarıcı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. Şəmsəddin Hacıyev bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan sosial siyasət barədə məlumat verdi. O, qeyd etdi  ki, artıq uzun illərdir ki, ADİU və Səbail RİH-i ilə birgə müxtəlif sosial yönümlü layihələr həyata keçirilir və bu gün artıq 7-ci dəfədir ki, Səbail rayonunun aztəminatlı ailələrindən olan 120-dən çox uşaq üçün universitetdə kompyuter və xarici dil kurslarına start verilir, digər layihələrə də hazırlıq işləri görülür.  Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə çıxış edib. Natiq qeyd edib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlıdır.  1993-cü ildə zəngin hadisələrlə dolu olan bir çətin vaxtda Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai – siyasi, iqtisadi və mədəni inkişafının təməlini qoymuşdur. Azərbaycanın görkəmli oğlu xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi.  1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili  və xarici siyasətinin bariz nümunəsidir ki, bu gün Azərbaycan günü-gündən inkişaf edir, onun iqtisadi qüdrəti daha da  möhkəmlənir. Bu da sosial sahəyə ayrılan vəsaitin ilbəil artmasına səbəb olur.  Asif Əsgərov rayonda həyata keçirilən sosial yönümlü layihələrdən danışdı, universitetdə təşkil olunan kursların vacibliyini vurğulayaraq uşaqlarla bağlı RİH tərəfindən keçiriləcək digər işlər barədə də məlumat verib.  

  Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycanda müstəqilliyin qorunması və möhkəmləndirilməsi, ölkənin inkişafı və möhkəmlənməsindəki rolundan  danışıblar.  

Milli qurtuluş günü ilə əlaqədar   RİH və ADİU-nin birgə layihəsi olan Səbail rayonunun orta məktəblərində təhsil alan aztəminatlı ailələrin 100-dən çox uşağı üçün 1 aylıq pulsuz kompyuter və xarici dil kursları işinə start verilib. Universitetin müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalarda  gənc müəllim və magistrlər məktəblilərə məşğul olacaq, onlar universitetdəki dərs prossesi ilə yaxından tanış olacaqlar. Məşğələlərin fəaliyyəti dövründə uşaqlara gündə bir dəfə pulsuz nahar da veriləcəkdir. Məşğələlərin keçiriləcəyi fənn kabinələri ilə yaxından tanış olan qonaqlar, şagirdlərin valideynləri və rayonun pedaqoji işçiləri yaradılan şəraitdən razı qalmışlar. Tədbirdən sonra uşaqlar yaş qruplarına bölünərək məşğələlərə başlanılıb. 

Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az