Vətəninfo.az xəbər verir ki, Futzal üzrə Avropa çempionatı-2016-nın səbətləri müəyyənləşib. ANS PRESS-in məlumatına görə, çempionluq uğrunda "Köhnə qitə"nin rekord sayda - 46 yığması mübarizə aparacaq. Bunlar arasında AÇ-də ilk dəfə iştirak edəcək Şotlandiya yığması da yer alacaq. Yarışın final mərhələsi fevralın 2-dən 13-dək davam edəcək. Belqradda təşkil olunacaq həlledici oyunlarda Serbiya yığması meydan sahibi qismində birbaşa iştirak etmək hüququna malikdi. Sentyabrın 26-da baş tutacaq seçmə mərhələnin püşkatmasında 45 ölkə iştirak edəcək. Ümumilikdə 2 seçmə mərhələ olacaq ki, Azərbaycan yığması reytinqinə görə təsnifat seçimindən azad edilib.
Komandamız Xorvatiya, Rumıniya, Sloveniya, Bosniya və Hersoqovina, Polşa və Makedoniya yığmaları ilə eyni səbətdə yer alıb. Yəni bu kollektivlər seçmə mərhələdə Joze Alesio da Silvanın yetirmələri ilə qarşılaşa bilməz. Əsas seçmə mərhələdə qrup qalibi adını qazanan 7 komanda Serbiyaya vəsiqəni birbaşa əldə edəcək. Qrup 2-ciləri və ən yaxşı göstəriciyə malik 3-cü pillənin sahibi isə pley-off mərhələsində daha 4 iştirakçının adını müəyyənləşdirəcəklər. Qeyd edək ki, UEFA-nın işçi qrupunun qərarına əsasən Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşməyəcək.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib