Minsk qrupu işğal faktorunu yenə də səsləndirmədi
Məhəmməd Əsədullazadə
politoloq
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri ilə bağlı yekun bəyanatlarla çıxış ediblər. Onlar bəyanatda səfərin əsas məqsədi, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ən son hərbi və siyasi məlumatları əldə etmək, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsini və münaqişənin həlli istiqamətində gələcək addımları müzakirə etmək olmasını xüsusi vurğulaması, görünür həmsədrlər ədalətsiz mövqeyində israrlıdırlar. Həmsədrlər, Vyana və Sankt -Peterburq görüşündə əldə olunan razılaşmanı vurğulamaqla burada əsasən, atəşkəsə əməl etmək və ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçisi Anji Kaspişikin mandatının genişləndirilməsinə çalışırlar. Qeyd edim ki, hazırda səhra köməkçisinin mandatı beş nəfərdən yeddi nəfərə qaldırıldı. Bu, həmsədrlərin Bakıda görüşlərinin nəticəsində əldə olunmuş razılıq əsasında həyata keçirildi. Ermənistan çalışır ki, monitorinq qrupunun sayının artırılsın və danışıqlarda bunu irəli sürür.
Minsk qrupu bu bəyanatda işğal faktorunu yenə də səsləndirmədi. Ümumi şablon bəyanatlardan istifadə edərək, işğalçı və işğala məruz qalan dövlətin adını çəkmədi. Həmsədrlərin bu yanaşması, münaqişə tərəflərinə eyni siyasi yanaşma ortaya qoyur və bu siyasət münaqişənin həllində irəliləyişə nail olmağı çətinləşdirir. Minsk qrupu bu il Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyi imitasiya xarakterli olarsa, hər hansı bir ciddi irəliləyiş əldə olunmasa, Azərbaycan bu formatdan imtina etməlidir. Problemi BMT səviyyəsinə qaldırmalıdır.
Miq.Az