Mirmahmud Mirəlioğlu namizədliyini geri götürəcək?

Mirmahmud Mirəlioğlu namizədliyini geri götürəcək?
Yeni Azərbaycan Partiyasının namizədlər siyahısı açıqlandıqdan sonra bir sıra müxalifət partiyalarının liderləri - Müsavat başqanı İsa Qəmbər, "Ümid" sədri İqbal Ağazadə seçkilərə namizəd kimi qatılmayacaqlarını bildiriblər.
KXCP sədri Mirmahmud Mirəlioğlu da belə bir qərar verə bilərmi?
Bakupost.az -ın sualını cavablandıran Mirmahmud Mirəlioğlu da parlament seçkilərində iştirak edəcəyini bildirib.
"Artıq altı gündür ki, 43 saylı Sumqayıt ikinci Seçki Dairəsindən namizədliyimi vermişəm. İmza vərəqlərimi almışam və imzaları toplayıram”,- o vurğulayıb.
Qeyd edək ki, M.Mirəlioğlu bu dairədən Yeni Azərbaycan Partiyasının namizədi Tahir Mirkişili ilə mübarizə aparacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az