Mirzə Şəfi Vazeh internet portalının təqdimatı

Mirzə Şəfi Vazeh  internet portalının təqdimatı

Azərbaycan  Respublikasının Prezidenti yanında Gənclər Fondunun V Qrant müsabiqəsində YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin  XIX əsr görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin 220 illik yubileyi  münasibətilə hazırladığı internet portalı layihəsi qalib elan edilib. Bu münasibətlə    Gəncədə internet portalının   təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun əməkdaşı  Ramin Cəfərov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev , gənclər təşkilatlarının nümayəndələri və ziyalılar iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalyev giriş sözü ilə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin ölkəmizdə uğurla həyata keçirilməsindən, onlara geniş yaradıcılıq imkanları yaradılmasından,  qazanılan nailiyyətlərdən, bu istiqamətdə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən  də genişmiqyaslı tədbirlərin reallaşmasından, şəhərin ictimai-siyasi həyatında gənclərin fəallığının daha da yüksəlməsindən söhbət açıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin , AMEA Gəncə Bölməsinin, Dünya Azərbaycanlılarının İctimai  Birliyinin, YAP Gəncə  şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə ərsəyə gələn layihənin qalib elan olunmasını  2016- Avropanın Gənclər Paytaxtı Gəncənın   daha bir uğuru kimi dəyərləndirib.

Azərbaycan Texnologiya Universitetinin dosenti Hüseyn Budaqov, Gəncə Dövlət Universitetinin müəllimi İsmayıl İsmayılov, AMEA Gəncə Bölməsinin əməkdaşı Seymur Əhmədov  çıxışlarında ölkə başçısı cənab İlham Əliyevin tariximizə, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərdiyini, görkəmli şair Mirzə Şəfi Vazehin 220 illiyi haqqında imzaladığı sərəncamın bu qayğının bariz nümunəsi olduğunu bildiriblər. Qeyd ediblər  ki, 4000 illik tarixi olan Gəncədə şairin  220 illik yubileyi münasibətilə beynəlxalq elmi- praktik konfrans keçirilib. Onun adını daşıyan müasir səviyyədə yeraltı  keçid istifadəyə verilib, möhtəşəm park salınır.

Azərbaycanın milli-mənəvi xəzinəsinin  dünya miqyasında tanıdılması, təbliğ olunması və öyrənilməsi istiqamətində www.mirzeshefivazeh.az  internet portalının çox mühüm əhəmiyyəti olacaq.
   

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun əməkdaşı  Ramin Cəfərov Azərbaycanın dünya miqyasında nüfüzunun daha da artmasında, sürətli tərəqqi və inkişafda gənclərin böyük rolu olduğunu vurğulayıb. O, layihənin mahiyyətindən, cəmiyyətdə faydalılığından, daha çox region gənclərinin layihələrinə üstünlük verilməsindən danışıb. Əmin olduğunu bildirib ki, www.mirzeshefivazeh.az  internet portalı fəaliyyətini genişləndirəcək, təkmilləşdirəcək və tezliklə böyük uğur qazanacaq.  R. Cəfərov  Gəncə gənclərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda www.mirzeshefivazeh.az  internet portalının təqdimatı olub. Bildirilib ki, layihənin rəhbəri fəal gənc Tural Verdiyevdir.

Şairin həyat və fəaliyyəti, yaradıcılığı, kitabları, foto-arxivi haqqında məlumatları, təqdiqatçılar tərəfindən aparılan  araşdırmaları və xəbərləri əks etdirən,  6 bölmədən ibarət olan xəbər portalı Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir.   



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az