MM-də Ramiz Mehdiyev müzakirəsi: Nə o, nə balaları...

MM-də Ramiz Mehdiyev müzakirəsi: Nə o, nə balaları...
Nə Ramiz Mehdiyev, nə də onun radikal müxalifətdəki balaları, yaxud mitinq kuklaları Azərbaycan xalqının gözündə İlham Əliyevə alternativ olmayıb, olması da mümkün deyil.

Axar.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, R.Mehdiyev barəsində cinayət təqibi üzrə təkzibedilməz sübutların olduğunu demək üçün ciddi əsaslar mövcuddur və onun əməllərində hansı xəyanətlər yatır, bunu hüquq-mühafizə orqanları müəyyən edəcək:

"Ramiz Mehdiyev bir zamanlar ictimai-siyasi kəsim üzərində söz sahibi olub, amma onun heç vaxt sosial dayağı olmayıb. Sadəcə antimilli ünsürlərin köməyi ilə zaman-zaman özünün əvəzedilməz obrazını formalaşdırmağa çalışıb. Xatırlayırsızsa onun administrasiya rəhbəri olduğu dövrdə 3-5 aydan bir radikallar tökülürdü küçələrə, aidiyyatı strukturlar səfərbər edilirdi və Mehdiyev də olurdu önəmli adam. Ona görə də diqqət daha çox məhz həmin o radikal ünsürlərin, antimilli şura funksionerlərinin Mehdiyevlə gizli əlaqələrinə yönəlməlidir və hər kəs də əmin olsun ki, istintaq çox mətləbləri üzə çıxaracaq".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az