Molla "Yasin" oxuyan zaman öldü

Molla


Azərbaycanda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

Miq.Az Report-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə qəbiristanlığında məzarların birinin önündə "Yasin" oxuyan 55 yaşlı İslam Abdullazadə qəfildən dünyasını dəyişib.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Məlumata görə, dünyasını dəyişən şəxs qəsəbənin mollası olub. Hadisə baş verən zaman isə İ.Abdullazadə qəbiristanlığa "Yasin" oxumağa çağırılıbmış.

Əslən Yardımlı rayonundan olan mərhum bu gün Saray qəbiristanlığında dəfn olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az