Moskvada miqrantlar arasında kütləvi dava: yaralılar var

Moskvada miqrantlar arasında kütləvi dava: yaralılar var

Orta Asiyadan olan onlarla miqrant Moskvanın "Kuzminki” metrostansiyası yaxınlığında kütləvi dava salıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, davada 200 nəfər iştirak edib:

"Dava zamanı münaqişə iştirakçıları yol hərəkətinə mane olublar. Davada iştirak edən 20 nəfər polis tərəfindən saxlanılıb. Kütləvi davada bir neçə nəfər yaralanıb. Bəziləri isə ağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib”.

Qeyd olunur ki, davada Özbəkistan, Qırğızıstan və Tacikistan sakinləri iştirak ediblər.

Hadisənin dəqiq səbəbi hələ də məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az