Moskvada qanlı hücum: 1 ölü, 5 yaralı

Moskvada qanlı hücum: 1 ölü, 5 yaralı

Putinin 4 saatlıq mətbuat konfransından sonra, Moskvada atışma baş verib... 

Moskvanın Lubyanka meydanında baş verən atışmada ən azı bir nəfər ölüb, beş nəfər yaralanıb. Hadisə Prezident Vladimir Putinin illik mətbuat konfransından bir neçə saat sonra baş verib.

Miq.az bbc-yə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti binasının girişində atəş açan silahlı şəxs zabit tərəfindən öldürülüb. Xüsusi təyinatlı dəstələr ərazini mühasirəyə alıb.

Səhiyyə Nazirliyindən Rusiya mediasına verilən məlumata görə, yaralananlar arasında ağır yaralı iki zabit də var. Qısa müddətdən sonra kəşfiyyat qurumu bir FTX əməkdaşının öldüyünü təsdiqləyib.

Günay Arifqızı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az